Ümumi baxış

Texnolab'ın Elektronika Mühəndisliyi Təlim Proqramına xoş gəlmisiniz! Bu proqram, sizə elektronika mühəndisliyi sahəsində həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əldə etmək üçün geniş imkanlar təqdim edir. Proqramın məqsədi, müasir elektronika mühəndisliyi sahəsindəki karyeralar üçün sizləri tam hazır hala gətirməkdir.

Proqramın xüsusiyyətləri:
✔️ Texnolab'ın fəlsəfəsi praktik təcrübəyə xüsusi önəm verir. Tələbələr, laboratoriya mühitində real qurğular üzərində çalışaraq əldə edilən bilikləri praktikada tətbiq edirlər. 
✔️ Kurs, müasir elektronika mühəndisliyində istifadə olunan qabaqcıl texnologiyaları və avadanlıqları təqdim edir. 
✔️ Tələbələr real mühəndislik layihələri üzərində işləyərək təcrübə qazanırlar, bu da onların həqiqi mühəndislik problemlərini həll etmək qabiliyyətlərini inkişaf etdirir. 
✔️ Dərslər arasında tələbələrə çay və qəhvə təmin edilir, bu da onlara həmkarları ilə sosiallaşmaq imkanı verir. 
✔️ Hər dərsdən əvvəl keçilmiş mövzuların təkrarlanması üçün qısa imtahanlar təşkil edilir. 
✔️ Tələbələr Texnolab.az saytında şəxsi səhifələrə malik olurlar, burada imtahan nəticələrini və reytingləri görmək, həmçinin yaxşı nəticələr əldə edən tələbələrin jeton qazanaraq müxtəlif hədiyyələr əldə etmələri mümkündür. 
Təlimin sonunda "Texnolab MMC" tərəfindən sertifikatla təltif olunur.

 

Təlim müddəti və maliyyət:
Təlim müddəti:           7 ay
Həftə ərzində:            2 dərs
Hər dərsin müddəti:   2 saat
Aylıq ödəniş:              200₼


Bu proqramla, elektronika mühəndisliyi sahəsində möhkəm bir təməl qura biləcək və müasir texnologiyalara uyğun bacarıqlarınızı inkişaf etdirə biləcəksiniz. Texnolab ilə birlikdə karyeranızı yeni hündürlüklərə qaldırın!

Təlim proqramı

Öyrənəcəksiniz:

► Elektron komponentlər və onların xüsusiyyətləri haqqında nəzəri biliklər.
► Sağlam və sıradan çıxmış elektron elementlərin sağlamlıq testləri.
► Multimetr, Osilloqraf, Logic analyzer, VI Curve, ESR meter, Logic tester, Transistor tester kimi ölçmə alətlərinin istifadəsi.
► Lehim stansiyasından istifadə texnikaları.
► Xətti və impuls qida bloklarının (SMPS) təmir metodları.
► Rəqəmsal elektronika haqqında ətraflı biliklər.
► Rəqəmsal mikrosxemlərin və mikrokontrollerlərin sağlamlıq testləri.
► Mikrokontrollerlər üçün "dump" yazma, silmə, oxuma prosedurları.
► USART, SPI, I2C protokolları ilə data analizi.
► Anakartların BordView faylının incələnməsi və test olunması.
► Geniş element bazası ilə təchiz olunmuş laboratoriyada real platalar üzərində təcrübə imkanı.

 

Təcrübə aparılacaq platalar

► SMPS Platası
► Tozsoran, Gidrafor platası
► “Access control” platası
► Wifi Access point, Switch platası
► Gərginlik sabitləşdirici platası
► Avtomobil ECU platası
► Çek cihazl platası
► Kondisioner platası
► Paltaryuyan platası
► Soyuducu platası
► Kombi platası
► DC Mühərrik İdarəetmə Platası
► Step Mühərrik İdarəetmə Platası
► Avtomat Qapı, Turnike Plataları
► PLC Platası
► Peyk Cihazı Platası

Rəylər
Müraciət et
Videolar