Texnolab'ın Telefon Təmiri Təlim Proqramına xoş gəlmisiniz! Bu proqram, mobil telefon təmiri sahəsində həm nəzəri bilikləri, həm də praktiki bacarıqları əldə etmək üçün geniş imkanlar təqdim edir. Proqramın məqsədi, müasir telefon təmiri sahəsindəki karyeralar üçün sizləri tam hazır hala gətirməkdir.
Təcrübə Aparacağınız Mövzular:
✔️ Texnolab'ın fəlsəfəsi praktik təcrübəyə xüsusi önəm verir. Tələbələr, həqiqi telefon modelləri üzərində işləyərək əldə edilən bilikləri praktikada tətbiq edirlər.
✔️ Kurs, müasir telefon təmirində istifadə olunan qabaqcıl texnologiyaları və avadanlıqları təqdim edir.
✔️ Tələbələr real telefon təmiri layihələri üzərində işləyərək təcrübə qazanırlar, bu da onların həqiqi telefon təmiri problemlərini həll etmək qabiliyyətlərini inkişaf etdirir.
✔️ Dərslər arasında tələbələrə çay və qəhvə təmin edilir, bu da onlara həmkarları ilə sosiallaşmaq imkanı verir.
✔️ Hər dərsdən əvvəl keçilmiş mövzuların təkrarlanması üçün qısa imtahanlar təşkil edilir.
✔️ Tələbələr Texnolab.az saytında şəxsi səhifələrə malik olurlar, burada imtahan nəticələrini və reytingləri görmək, həmçinin yaxşı nəticələr əldə edən tələbələrin jeton qazanaraq müxtəlif hədiyyələr əldə etmələri mümkündür.
Təlimin sonunda "Texnolab MMC" tərəfindən sertifikat ilə təltif olunacaqsınız.
Təlim müddəti və maliyyət:
Təlim müddəti: 6 ay
Həftə ərzində: 2 dərs
Hər dərsin müddəti: 2 saat
Aylıq ödəniş: 200₼
1. Telefonların dövrə elementləri haqqında nəzəri biliklər.
2. Sağlam və sıradan çıxmış elementlərin multimetr, osilloqraf ilə test edilməsi.
3. Anakart problemlərinin tapılma metodları.
4. Iphone X və üst modellərdə mərtəbə ayırma, birləştirmə, mikrosxemlərinin iş prinsipləri.
5. Iphone və digər modellərdə USB, şarj, üz tanıma, şəbəkə, yaddaş, görüntü və ekran işıqlanması, Wi-Fi, Bluetooth, səs sistemi, prosessor açılma iş prinsiplərinin, habelə digər dövrələrin addım-addım analizi və təmiri.
6. Silikonlu və silikonsuz mikrosxemlərin çıxarılma və montaj metodları.