image

Texnolab haqqında

Biz Kimik?

“Texnolab elektronika sahəsində istehsalat və servis mərkəzinə sahib olaraq yenilikçi  həllər və peşəkar təlimlər təklif edən öncül bir qurumdur. Təsisimiz, elektronika sahəsi üzrə müasir texnologiyaların tətbiqi və praktiki biliklərin təmin edilməsi üzrə ixtisaslaşmışdır. İstehsalat Mərkəzi, Təmir Mərkəzi və Təlim Mərkəzlərimiz sayəsində sizə hərtərəfli xidmət göstərməyə qadirik.

 

Bizim Missiyamız

“Texnolab olaraq missiyamız Azərbaycanda elektronika sahəsinin inkişafına töhfə verməkdir. Hədəfimiz milli brend olaraq bu istiqamətdə dünyaya inteqrasiya etmək və elektronika sahəsində yeniliklərə imza atan qlobal ünvana çevrilməkdir.  

 

 

Nələr Təklif Edirik?

Təlim Mərkəzi: Professional elektronika təlimləri, mobil telefon təmiri kursları, mikrokontroller proqramlaşdırma, PCB dizaynı, məktəblilər üçün elektronika və Arduino kursları ilə sənayenin gələcək mütəxəssislərini hazırlayırıq.

Xidmət Mərkəzi: Sənaye, tibbi və hərbi avadanlıqların təmiri sahəsində ixtisaslaşmışıq. Müasir təmir texnikaları və yüksək səviyyəli peşəkarlıq ilə geniş spektrdə avadanlıqların bərpasını və baxımını təmin edirik.

İstehsalat Mərkəzi: Yeni elektron cihazların inkişafı ilə məşğul olaraq, sahə üzrə yeniliklərə imza atırıq. Fikirlərinizi real məhsula çevirərək, müasir texnologiyaların gündəlik həyatımızdakı faydalı və səmərəli tətbiqini genişləndiririk.

 

Niyə Biz?

  • Praktiki Yanaşma: Təlimlərimizdə nəzəri bilgilərlə yanaşı, praktiki təcrübəyə xüsusi diqqət yetiririk.
  • Yenilikçi Həllər: Müştərilərimizin və tələbələrimizin ehtiyaclarını ödəmək üçün davamlı olaraq yenilikçi yanaşmalar tətbiq edirik.
  • Peşəkar Komanda: Sahəsində təcrübəli mütəxəssislərdən ibarət komandamız, sizə ən yaxşı xidməti təmin etmək üçün çalışır.
  • Müştəri Məmnuniyyəti: Bizim üçün ən önəmli prioritet, müştərilərimizin və tələbələrimizin məmnuniyyətidir.

“Texnolab olaraq, elektronika və texnologiya sahəsindəki yenilikləri sizlərlə bölüşməkdən məmnunluq duyuruq. İnnovasiya və təhsil səyahətinizdə sizə dəstək olmaq üçün daim yanınızdayıq.

Rəylər

Tələbələrimizin təlimlərimiz haqqında rəyləri

quote
Hazırda TexnoLab Kursunun Peşəkar Elektronika Mühəndisliyi Təlimi üzrə təhsil alıram. Dərslər həm praktiki həm də nəzəri olmaqla çox yüksək səviyyədə tədris olunur. Bu sahə üzrə bilik və bacarıqlarımın inkişaf etməsində TexnoLab-ın çox böyük rolu var.
Əli Məmmədov
Tələbə
quote
Texnolabi sevirəm
Taleh Məmmədov
Tələbə
quote
Öyrənib-inkişaf edəcəyiniz kurs👍
İbrahim Məmmədov
Tələbə
quote
Çox yüksək səviyyədə təşkil olunub.Çox razlyam
Yaşar İbrahimov
Tələbə
quote
Hazırda Texnolab kursunun Elektronika sahəsi üzrə bilik və bacarıqlarımın inkişaf etməsində çox böyük rolu var.
Cəbrayıl Qasımlı
Tələbə