Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti ilə Texnolab şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı

Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti ilə Texnolab şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalandı. Qeyd olunan istiqamətlərdə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

▪️Əməkdaşlarının bilik və bacarıqlarının daim artırılması məqsədilə razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığını təşkil etmək və gələcək kadr ehtiyaclarının ödənilməsi istiqamətində birgə fəaliyyət göstərmək;
▪️Tərəflər arasında müəyyənləşdirilmiş müxtəlif istiqamətlər üzrə tədris plan və proqramlarını birgə hazırlamaq;
▪️Dövlət-özəl əməkdaşlığı çərçivəsində birgə istehsalat və təlimlərin təşkil edilməsi.
▪️Peşəkar mütəxəssislərinin tədris prosesinə cəlb edilməsini təmin etmək;
▪️Tərəflər arasında müəyyənləşdirilmiş qaydalara uyğun olaraq təhsilalanların istehsalat təlimi və təcrübəsinin keçmələrinə şərait yaratmaq;
▪️Qarşılıqlı əməkdaşlıq çərçivəsində Tərəflərin həyata keçirdiyi təlimlərdə metodiki köməklik göstərmək və müvafiq vəsaitlərlə təmin etmək;
▪️İnnovativ metodların tətbiqi ilə əlaqədar birgə fəaliyyət göstərmək;
▪️Tələbələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsi üzrə birgə proqramlar hazırlanmaq, tətbiq və təbliğ etmək;