Zaqatala-Balakən rayon şagirdlərarası ilk Hackathon

Mən, Musayev Rəşad Nemət oğlu Balakən rayonu, Nizami adına şəhər 1 saylı tam orta məktəbin riyaziyyat müəllimi vəzifəsində çalışıram. Artıq 7-ci ildir ki, ümumtəhsil məktəbində riyaziyyat müəllimi işləyirəm.İxtisasımla bağlı daim yeniliklər axtarışındayam və layihələrdə, təlimlərdə daim aktivlik göstərməyi sevirəm. Bu il 2019-2020-ci tədris ilində Balakən rayonu üzrə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf  və innovasiyalar üzrə 4-cü Qrant müsabiqəsi çərçivəsində fərdi kateqoriya üzrə qalib gəlmişəm. Layihəmin adı Zaqatala-Balakən rayon şagirdlərarası Hackathondir.

Hazırki dövrdə kifayət qədər aktual və tələb olunan  İKT-nin sürətlə inkişafı vaxtında  təhsilalanların informatika fənninə maraq doğurması problemlərin aşkarlanması və vaxtında aradan qaldırılması məqsədilə şəgirdlərə ALPLogo dərslərin keçirilməsini və alqoritmin sürətlə və düzgün qurulmasını problem kimi qoymuşam.

Adı çəkilən layihənin icrası prosesinə 15 sentyabr 2020-ci il tarixindən başlanılıb. Layihənin işçi heyyəti layihə koordinatoru, ekspert və təlimçi müəllimdən ibarətdir.

Layihənin əsas məqsədi şagirdlərin erkən yaşdan İKT bacarıqlarının vaxtında aşkarlanmasına dəstək olmaqdır. Layihə də Zaqatala və Balakən rayonun 2019-2020-ci tədris ilinin  V-VII sinfində oxuyan şagirdləri iştirak etməsi nəzərdə tutulmuşdur. İlkin müsabiqə  yolu ilə seçilən şagirdlər  virtual məktəb platformasında “Zaqatala-Balakən rayon şagirdlərarası Hackathon” adlı qrupa əlavə olunaraq dərslərə cəlb olundular. Daha sonra Zaqatala və Balakən rayon şagirdlərinə 20 saat olmaqla 10 günlük dərslər keçirilib.  Həmin dərslər V-VII sinif dərsliklərinə əlavə olunan ALPLogo mövzusunun möhkəmləndirilməsindən təşkil olunmuşdu. Dərslərin sonunda isə şagirdlər biliklərin möhkəmləndirilməsi məqsədilə müsabiqə iştirak etdilər . Müsabiqə də üç iş şagirdlərə təqdim olundu. İşlərin yekunlaşdırılması üçün şagirdlərə 3 saat vaxt verildi və göstərilən müddətdə şagirdlər tapşırığı yerinə yetirdilər .

Layihəyə əsasən, hər iki rayon üzrə məktəblilər 10 gün 20 saatlıq ALPLogo dərslərində iştirak etdilər. Dərs 30  şagirdə tədris edilmişdir. Nəticədə 30 şagird ALPLogo proqramında sürətli və güclü məntiqi düşünmək, optimal kodlar vasitəsilə kodlar yazmağı öyrəndilər. Bu biliklər nəticəsində gələcəkdə digər proqramlaşdırma dillərin də proqramın tərtib olunmasında, alqoritmin sürətli qurulmasında və optimal həll yazılmasında şagirdlərə yaxından köməklik olacaqdır.

­­­ Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində Ümumi təhsil müəssisələri və fərdi kateqoriyalar üzrə ümumilikdə 852 layihə təqdim edilib. Onlardan 204-ü ümumi təhsil müəssisələri, 648-i isə fərdi kateqoriyalar üzrədir.