Yeni Redmi 9 Prime-ın qiyməti və xüsusiyyətləri diqqəti cəlb edib

Çin nəhəngi olan Redmi şirkəti təşkil etdiyi tədbirdə yeni telefon təqdim edəcəyini açıqlayıb.”Texnolab.az” məlumat verir ki, şirkət yeni Prime 9 modelini yaxın günlərdə satışa çıxaracağını bildirib. Bu model Redmi 9 modeli ilə xeyli oxşarlıq təşkil etsə də, bir çox özünəməxsus xüsusiyyətləri ilə diqqəti cəlb edib. Belə ki, telefonun ekran ölçüsü 6.53 inch təşkil edir. FHD+ görüntü imkanına sahib olan IPS LCD ekrana sahibdir. Ön kamera 8 MP olmaqla istifadəçilərə portret çəkilişi imkanı yaradır. Telefonun TUV sertifikatı olması və Gorilla Glass 3 ekran qoruyucu qarantiyası onu fərqləndirən digər xüsusiyyətlərdəndir. Qeyd edək ki, cihaz 5020 mAh batareya tutumu olması ilə 2 gün enerji saxlaya bilir. Arxa dizaynı dördlü kamera ilə diqqəti cəlb edir. Bu kameralar 12, 8, 5, 2 MP olmaqla qüsursuz çəkilişə malikdir. Telefonun digər xüsusiyyətlərini təqdim edirik:

  • Ekran: 6.53 inch, IPS LCD, FHD+ görüntü imkanı
  • Prosessor: MediaTek Helio G80
  • RAM: 4 GB və ya 6 GB LPDDR4x
  • Yaddaş: 64 GB və ya 128 GB
  • Ön Kamera: 8 MP
  • Arxa Kamera: 12 MP + 8 MP + 5 MP + 2 MP
  • Digər: FM radio, qoşa SIM, 4G VoLTE, Wi-Fi 802.11ac, Bluetooth 5.0, USB Type-C, 3.5 mm qulaqlıq portu
  • Əməliyyat sistemi: Android 10, MIUI 11
 
Telefonun göy, yaşıl və qara rəngləri mövcuddur. Qiymətləri isə belədir:  4 GB RAM və 64 GB yaddaş 130 dollar; 6 GB RAM və 128 GB yaddaş 160 dollar. Gördüyünüz kimi, minimum qiymətə maksimum keyfiyyət təminatı ilə Xiaomi şirkəti yenə də gündəmdə qalmağı bacarır.