Google Map-də yenilik – İstifadəçilər bir-birini izləyə biləcək

Google Map tətbiqi maraqlı bir yeniliklə gündəmə gəlib. “Texnolab.az” bildirir ki, tətbiq artıq bir növ sosial şəbəkə təsiri bağışlayır. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, insanlar bir-birləri ilə olduğu məkanları paylaşa bilirlər. Tətbiqdəki yenilik vasitəsilə Instagram-dakı kimi profil yaranacaq. Bu profildə bizi kimlərin izlədiyini bilmək  və şəxsi bioqrafiyamızı yaratmaq mümkün olacaq. Yəni bir sosial şəbəkədə olan əksər xüsusiyyətləri özündə ehtiva edəcək. Həmçinin yaxınlıqdakı tədbir, kafe, restoran və s. kimi yerlərin mövcudluğu barədə məlumat almaq olacaq. İstəyən istifadəçilər öz profillərini qapalı rejimə keçirə bilərlər.