Türk alimlər yerli elektron qandal hazırlayıblar

Türkiyəli tədqiqatçılar tərəfindən elektron qandal hazırlanıb. “Texnolab.az” Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən ixtiradan ev dustaqlarının və məhbusların izlənilməsində istifadə ediləcək. Cihazın ilkin verisyası bu il sentyabr ayında ictimaiyyətə təqdim ediləcək. Kütləvi istifadəsi isə 2021-ci ilin yanvar ayında başlayacaq. Məlumat verilib ki, qadınlara qarşı şiddət göstərilməsi hallarında da istifadə ediləcək. Qadınları qorumaq məqsədi ilə də istifadə ediləcək cihazın təhlükəsizlik düyməsi olacaq ki, bu zaman polisə dərhal məlumat ötürülə biləcək.