Çinin Marsa göndərdiyi kosmik gəmi dünyanın və ayın aypara şəkillərini çəkib – FOTO

Çin Milli Kosmos İdarəsi bu yaxınlarda Marsa göndərdiyi raketin şəkillərini paylaşıb. “Texnolab.az” xarici KİV-lərə istinadən bildirir ki, paylaşılan şəkillərdə yer kürəsi və ay aypara formasında görünüb. Raketi göndərəndən sonra ictimaiyyətə detallı açıqlama verməyən çinlilər bu maraqlı faktı paylaşaraq bildiriblər ki, fotoşəkil dünyadan 1.2 milyon km uzaqda çəkilib. Maraqlısı budur ki, belə bir şəkli bir müddət öncə NASA da paylaşmışdı. Bu da o deməkdir ki, 2 şirkət arasında yaxın zamanlarda qarşılaşma yarana bilər.

Çinin başlatdığı Tianwen-1 missiyası Marsın geologiyasını öyrənəcək. Bu çərçivədə, NASA-nın bu günə qədərki işində yeni bir tərəfdarı meydana çıxacaq. Ancaq Çinin başlatdığı işlərin nə qədər uğurlu olacağı məlum deyil. Bu, qarşıdakı zamanlarda kosmik rəqabətin daha da artacağının əyani sübutudur.