Amazon şirkəti Starlink layihəsinin analoqunu anons edib

ABŞ-ın əlaqələr üzrə federal komissiyası (FCCAmazon şirkətinin, Yer kürəsinin orbitində 3000-dən çox peykin yerləşdirməsi ilə bütün dünya üzrə qlobal internet şəbəkəsinin yaratmasına icazə verib. Kuiper adlı bu təşəbbüs artıq reallaşdırılma üzrə tarix əldə edib və potensial olaraq Elon Musk-ın Starlink layihəsi ilə rəqabət apara bilər. Bu barədə The Verge saytı xəbər verib.

    Təsdiq olunmuş layihəyə əsasən Amazon şirkəti Yer kürəsinin orbitinə 3236 ədəd peyk göndərəcək və onları müxtəlif hündürlüklər üzrə 3 qrupa ayıracaq. Layihnin testinə 578 ədəd peykin orbitdə yerləşdirilməsindən sonra start veriləcək. Şirkətin planlarına əsasən peyklərin ümumi sayının ilk yarısı 2026-cı ildə, ikinci yarısı isə 2029-cu ildə istifadəyə veriləcək.