“Perseverance” adlı Mars cihazı müvəffəqiyyətlə kosmosa göndərilib + VİDEO

Son illərin ən möhtəşəm layihələrindən biri olan “Perseverance”nin səfəri uğurla tamamlanıb. “Texnolab.az” xarici mediaya istinadən xəbər verir ki, dünyaya ən yaxın planet olan Marsın kəşf edilməsində bu ən uğurlu addımlarındandır. Cihaz vasitəsilə kosmosa 2,5 milyon insanın adı göndərilib. Bu cihaz 2012-ci ildə göndərilən “Curiosity” cihazından sonra ən uğurlu ikinci cihaz olub. Cihazın səfər müddəti 7 ay olacaq. Yəni 18 fevral 2021-ci ildə Marsa enəcək. Cihazın üzərində yüksək keyfiyyətli görüntü ala bilən helikopter var. “Ingenuity” adlı bu helikopter istənilən zaman cihazdan ayrılıb yaxın ərazidə çəkiliş edə bilər.

Bu layihənin ilkin məqsədi Marsda yaşayışın olub-olmadığını, yaşayış izlərinin olduğu əraziləri araşdırmaqdır. Cihaz vasitəsilə Marsın səthindəki qum və daşlar ələnərək onlardan nümunələr götürüləcək. Gələcək illərdə Marsa göndərilməsi planlanan digər cihazlar o nümunələri götürüb dünyaya qayıdacaq. Həmin nümunələr dünyada daha dərin araşdırılaraq Marsdakı yaşayış izləri tədqiq edəcək.