Beynəlxalq kosmik stansiyanın kosmonavtları 3D insan toxuması çap ediblər

Beynəlxalq kosmik stansiyanın kosmonavtları 3D insan toxuması çap ediblər. “Texnolab.az” xarici mediaya istinadən xəbər verir ki, BKS (Beynəlxalq Kosmik Stansiya)  cazibə qüvvəsi olmayan şəraitdə tibbi proseslərin aparılması ilə bağlı apardığı araşdırmalar çərçivəsində maqnit gücləndiricilərdən istifadə edib.

Stansiyadakı rus kosmonavtlar bir neçə izolyasiya olunmuş hüceyrədən insan toxuması nümunəsi hazırlayıblar. Bu toxumalar 3D formatında çap olunub. Bu sahədə ən perspektivli texnologiyalardan biri də maqnit gücləndirmədən istifadə olunmasıdır. Tədqiqatçıların istifadə etdiyi yeni texnologiya ilk dəfə Qazaxıstanın Baykonur kosmodromunda sınaqdan keçirilib, daha sonra isə BKS-ə göndərilib. Bu toxumaların çap edilməsi texnologiyası gələcəkdə uzunmüddətli səyahətlər üçün mühüm rol oynayacaq. Cazibə qüvvəsinin olmadığı qapalı mühitdə səfərin davamlı olmasını təmin edəcək. Bu üsullar gələcək tədqiqatlarda daha səmərəli və daha sürətli olacaq. Fərqli planetlərdə koloniyalar qurmaq üçün planlanan səfərlərdə yeni texnologiyalara ehtiyac olacaq. Xüsusilə əvvəllər bu səfərləri edən insanlar olmadığı üçün gözlənilməz problemlərlə qarşılaşmaq üçün hazırlaşmaq lazımdır.