Elon Musk süni intellekti tənqid edənlərə sərt cavab verib

Tesla və SpaceX kimi nəhənglərin ceo-su olan Elon Musk bir neçə gün öncə verdiyi açıqlamada süni intellekti insan zəkasından daha az ağıllı hesab edənləri tənqid edib. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Musk süni zəka ilə bağlı insanların reaksiyalarına məyus olduğunu deyib: “İnsanların süni zəka ilə bağlı düşüncələri məni yanıltdı. Onlar təsəvvür edə bilmirlər ki, kompüter onlardan daha ağıllı ola bilər. Məntiqlərindəki qüsur da elə məhz budur. Səfeh olduqları üçün belə düşünürlər”.

Musk bu günə kimi verdiyi açıqlamalarda bildirib ki, süni intellekti insanlıq üçün nüvə silahından daha təhlükəli bir şey olacaq. Yaxın gələcəkdə onun sözlərinin nə qədər doğru olduğunu görəcəyik.