Elon Musk öz yeraltı tunel layihəsinin stansiyasının dizaynını təqdim edib

Elon Musk-ın The Boring Company şirkəti tərəfindən Los Ancelesdə avtomobillər üçün inşa edllən yeraltı tunelin ilk mərhələsinə hələ bu ilin əvvəlində start verilmişdi. Həmin vaxtdan bəri mühəndislər və dizaynerlər yeni nəsil nəqliyyat vasitəsi üzərində aktiv şəkildə çalışırlar. Elon Musk bu layihə barəsində yeni məlumat verib və gələcəyin metro nəqliyyatının necə görünəcəyini göstərib. Bu barədə Business Insider saytı xəbər verib.

Yeraltı tunelin start girişinin hansı dizayna sahib olacağı üzrə render fotonu Musk öz Twitter hesabında təqdim edib. Bu individual ictimai nəqliyyat növünün bir stansiyası daxilində bir neçə Tesla elektromobili olacaq və insanlar onların vasitəsilə yeraltı tunellər üzrə lazımi məntəqəyə çata biləcəklər. Bu cür üsulla böyük şəhərlərin yollarında olan avtomobil sıxlığını azaltmaq düşünülür. Musk-ın verdiyi məlumata əsasən yeraltı tunelin açılışı yaxın zamanda baş tutmalıdır. Technote