Apple şirkətinin 2022-ci ildə təqdim edəcəyi iPhone periskop kameralı ola bilər

Apple şirkəti 2022-ci ildə periskop kameralı iPhone təqdim edə bilər. “Texnolab.az” xarici mətbuata istinadən xəbər verir ki, şirkət sözügedən linzalarla bağlı 2 istehsalçı ilə görüşüb. Nəzərə almaq lazımdır ki, smartfon telefonlarda artıq son trend periskop linzaların olmağıdır. Apple bu linzaları Şimali Koreyanın Semco və ya çinin Sunny Optical şirkətindən almağı planlaşdırır. 2016-cı ildə patentləşdirilən layihənin linzaları istehsalçılar tərəfindən 2021-ci ildə hazır olacaq. Bu dizayn əsasən iPhone 12 seriyasına məxsus telefonlara tətbiq olunacaq. iPhone 11 seriyasına məxsus smartfonlarda 5p və 6p linzalar istifadə edilmişdisə, yeni smartfonlarda 7p linzalar tətbiq olunacaq. Keyfiyyət sınağından uğurla keçəcəyi təqdirdə 2022-ci ildə smartfonlar bazarda satışa çıxarıla bilər.