SpaceX tərəfindən kosmosa göndərilən NASA kosmonavtlarının qayıdacağı tarix bəlli olub

Ötən ay Crew Dragon və Falcon 9 vasitəsilə kosmosa göndərilən NASA kosmonavtlarının qayıdacağı tarix bəlli olub. “Texnolab.az” xarici mətbuata istinadən xəbər verir ki, NASA-nın prezidenti kosmonavtların avqustun 1-dən qayıdış üçün hazırlaşacağını açıqlayıb.

Demo-2 adlı layihənin son tarixi bu günə kimi bəlli deyildi. Rəsmilər layihənin 30-119 gün arası baş tutacağını bildirmişdi. Onların sözlərinə görə avqustun 1-də başlayan səyahət avqustun 2-də başa çatacaq. Beləliklə kosmonavtların ümümi səyahət müddəti düz 2 ay olmuş olacaq. Həmçinin qeyd edək ki, kosmonavtlar dünyaya yenə Crew Dragon ilə qayıdacaqlar. Onlar atmosferə girər-girməz paraşütlərini açacaq və Atlantik okeanına doğru enəcəklər. Hava şəraiitində dəyişiklik baş verməsə, ümumi prosesin 24 saat ərzində baş tutacağı təxmin edilir.