Elon Musk Neuralink”lə bağlı tədbir təşkil edəcək

SpaseX və Tesla şirkətlərinin qurucusu Elon Musk beyni kompüterə bağlayacan çiplərlə bağlı 28 avqustda tədbir təşkil edəcəyini deyib. “Texnolab.az” xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən tədbirlə bağlı məhz Elon Musk özü şəxsi twitter hesabında məlumat verib. Musk”ın paylaşımında əlavə olaraq bu sözlər qeyd edilib: “Əgər öhdəsindən gələ bilmirsənsə, sən də onlara qoşul”. Elm adamının bu sözlərlə nə demək istədiyi böyük maraq doğurub.

Xatırladaq ki, Neuralink ilk dəfə 2017-ci ildə yaradılıb və hələ də üzərində təcrübələr aparılmağa davam edir.Ötən il San Fransiskoda keçirilən tədbirdə Elon Musk bildirmişdi ki, meymun və insan beyinlərinə elektrod yerləşdirməklə təcrübələrə davam edirik.