5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb

 Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur. Onların bir hissəsi 5G şəbəkəsinin təhlükəsiz olduğunu söyləsələr də, digərləri bir sıra tədqiqatlara əsaslanaraq radiotezlikli şüalanmanın sağlamlığa təsirindən xəbər verirlər. Sonuncu qrup insanlara həmçinin Oreqon ştatının universitetinin mütəxəssisləri də aiddirlər. Onlar 5G şəbəkəsinin canlı orqanizmə təsirini sübut ediblər. Lakin narahatçılığa əsas yoxdur. Bu barədə 4pda saytı xəbər verib.

Oreqon ştatının universitetinin mütəxəssisləri xüsusi tədqiqat aparıblar və həmin tədqiqat nəticələri əsasında 5G şəbəkəsinin canlı orqanizmə müəyyən təsiri sübut edilib. Lakin tədqiqatı aparmış mütəxəssislər qeyd ediblər sözügedən radiotezlikli şüalanmalar göründüyü kimi o qədər də zərərli deyillər. Mütəxəssislər danio adlı balıq növünün embrionlarından istifadə edərək tədqiqat aparıblar. Bu balıqlardan çox zaman bioloji sistemə olan ekoloji təsirlərin aşkar edilməsində istifadə olunurlar.