Tesla keçirdiyi qəza ilə keyfiyyətini bir daha doğruldub

Bu gün Çində baş verən qəza nəticəsində Teslanın nə qədər güclü avtomobil olduğu bir daha göz önünə gəlib. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, maşın tərsinə çevrilsə də ciddi bir zərər olmayıb. Tesla 3 modelinin belə dayanıqlı olmasının əsas səbəbi mükəmməl dizayn olunmasıdır. Avtomobilin tərsinə çevrilməsinin qarşısının alınması məqsədilə bütün batareyalar cihazın alt hissəsinə yerləşdirilib. Amma cihaz tərsinə çevrilsə belə bunun üçün qabaqlayıcı tədbir görülüb. Belə ki, avtomobilin içərisindəki insanların təhlükəsizliyi nəzərə alınaraq şüşələr ikiqat qalınlıqda hazırlanıb və termoplastik örtüklə təchiz olunub. Beləliklə avtomobil tərsinə fırlansa da şüşələr qırılmır.

Araşdırmalara görə qəza zamanı ən az xəsarət alınan avtomobillərin sırasında ilk olaraq Tesla 3 modeli gəlir. Avtomobilin ən bəyənilən xüsusiyyəti də elə məhz qəza zamanı az təhlükə riskinin olmağıdır.