Xiaomi şirkətinin 360° fırlanan kameralı telefonunun patenti açıqlanıb – FOTO

Xiaomi şirkəti fırlanan kameralı telefonun patentini alıb. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, arxa kamera özündə ön kameranı da ehtiva edəcək. Belə ki, arxa kameranın ön hissəsində arxa kamera funksiyaları, fırlanan mexanizma hissəsində isə ön kamera funksiyaları yerləşdiriləcək. Beləliklə telefonun ön çərçivəsi tamamilə boş olmaqla istifadəçilərə daha geniş ekran imkanı yaradacaq. Həmçinin üfüqi istiqamətdə çəkiliş etmək istədikdə telefonu yox, kameranı fırlatmaq kifayət edəcək.

Şirkətin ötən il açıqladığı patentin aqibəti hələlik bəlli deyil. Söylənilən fikirlərə görə dizayn ya daha da təkmilləşdiriləcək, ya da şirkət cihazın istehsalından imtina edəcək.