Alimlər bioloji yaşı müəyyənləşdirən göz skaneri hazırlayırlar

ABŞ mütəxəssisləri tərəfindən hazırlanan bir göz skaneri insanın bioloji yaşını müəyyənləşdirə biləcək. “Texnolab.az” xarici mətbuata istinadən xəbər verir ki, sözügedən cihaz insanın göz bəbəyindəki proteinlərdən gələn spektroskopik siqnallar vasitəsilə bu missiyanı yerinə yetirəcək. Cihaz üzərində çalışan alimlərdən olan Lee E.Goldstein bildirib ki, insanların molekulyar səviyyədə yaşlanmağını ölçmək üçün klinik vasitələrin olmaması sağlamlıq səviyyəsini artırmağın qarşısını alır. Həmçinin qeyd edib ki, cihaz ən qısa zamanda tətbiq ediləcək