NBA matçlarında idmançıların koronavirus simptomları ağıllı üzük vasitəsilə ölçüləcək

Dünya üzərində hökm sürən koronavirus pandemiyası səbəbilə təxirə salınmış beynəlxalq və milli yarışlar tədricən bərpa edilir. İyul ayında başlanması planlaşdırılan NBA oyunları üçün rəsmi nümayəndələr yeni ideya irəli sürüblər. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, virusun simptomlarını ölçmək üçün “Oura” adlı ağıllı üzüklərdən istifadə ediləcək. Qərbi Virginia Universiteti Rockefeller Elmi-Sinir İnstitutunda aparılan tədqiqatlar nəticəsində məlum olub ki, bu üzük virusun simptomlarını 90% doğru təxmin edə bilmə xüsusiyyəti daşıyır.

Verilən məlumata görə sözügedən üzüyü istifadə etmək könüllüdür. Ona görə ki, üzüyün təhlükəsizliklə bağlı məsələləri bəzi idmançıların narahatlığına səbəb olub.

Sözügedən cihazın bəzi maraqlı xüsusiyyətləri var ki, onlardan biri də batareya tutumunun çox olmasıdır. Sadəcə bir dəfə enerji yığmaqla 1 həftəyədək batareya saxlaya bilən cihaz 4-6 qram çəkiyə malikdir. Həmçinin bədən tempraturunu ölçə bilən cihaz 7/24 işləyərək Android və İOS tipli cihazlarla sinxronizə olunaraq məlumat bazası yarada bilir.