5G-ni dəstəkləyən ilk noutbuk təqdim olunub

Texnologiya bazarının ən yaxşılarından biri olan Lenovo şirkəti 5g-ni dəstəkləyən yeni “Flex 5G” model noutbuku təqdim edib. “Texnolab.az” xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən noutbuk 5G-ni dəstəkləyən ilk modeldir. Qualcomm Snapdragron 8cx prosessora malik olan noutbuk 24 saat enerji yığmadan işləyə biləcək. Ekran ölçüsü 14 düym olub sensorlu işləmə xüsusiyyətinə də malikdir. 8 GB ram və 256 GB yaddaş istifadəçilərin işini daha da asanlaşdıracaq. Windows 10 pro əməliyyat sistemi olması da komputerə xas olan bir digər xüsusiyyətdir. Komputerin iki ədəd USB Type-c, qulaqlıq girişi və barmaq izi sensoru mövcuddur.

Komputerin hazırı bazar qiyməti 1399 dollar təşkil edir.