Alimlər dünyada ilk dəfə 3D bionik göz layihəsini təqdim ediblər – FOTO+VİDEO

Elm dünyası yeni cığırlar açmağa davam edir. İndiyə kimi bir çox bionik üzvlər istehsal edilsə də alimlər dünyada ilk dəfə 3D bionik göz layihəsinin təqdimatına hazırlaşırlar. Texnolab.az xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər bionik əl və ayaqdan sonra real gözdən daha yaxşı görən bionik göz layihəsində də uğurlu olublar. Məlumat verilib ki, bionik gözlər həm gözdən əlil, həm də anadangəlmə görməyən insanlar üçün yeni bir ümid işığı olacaq. Hal-hazırda Bionic Vision AustraliaSecond Sight kimi şirkətlər bionik gözləri xəstələrə implantasiya etmək üçün layihənin yekun işlərini aparırlar. Bionik gözlərin işləmə texnikasında görə gözün mərkəzində yerləşən kamera vasitəsilə vizual məlumatlar implant gözə göndərilir və daha sonra məlumatlar beynin görmə mərkəzinə göndərilir. Aparılan sınaqlar nəticəsində gözdən əlil şəxslərin müəyyən qədər görmə bacarıqları əldə etdiyi iddia edilir. 

Hong Kong Elm və Texnologiya Universitetinin alimləri tərəfindən hazırlanan EC-Eye adlı (Elektrokimyəvi göz) dünyanın ilk 3D süni gözü kamera kimi iki ölçülü görüntü sensorundan fərqli olaraq real retina əsasında modelləşdirilib.