Alimlər insan saçlarından OLED ekran yaratmağı bacarıblar – VİDEO

Hər gün 10 milyonlarla insan bərbərxanaları ziyarət edir. Nəticədə onlardan geriyə qalanlar isə saç tükləri olur hansılar ki, zibilliyə yollanırlar. Avstraliyalı tədqiqatçılar adi insan saçlarını yüksək texnoloji OLED ekranlara çevirən yeni texnologiyanı yaradıblar. Bu barədə 4pda saytı xəbər verib. Alimlərin sözlərinə əsasən saçlar karbon və hidrogen ilə zəngindirlər. Onlar isə öz növbələrində işıq şüalandıran hissəciklərin hazırlanmasında istifadə oluna bilərlər.

Bu proses bərbərxanalarda qalmış saç tüklərindən başlayır. Həmin saç tükləri 240 dərəcədə temperaturda emal olunur və yandırılır. Nəticədə əldə edilmiş karbon, hidrogen və azotdan hər birinin ölçüsü 10 nanometrdən kiçik olan karbon nanodotlar hazırlanır. Əldə edilmiş material növbəti mərhələdə polimer vasitəsilə səpələnir və daha sonra onlardan OLED ekranın aktiv layı qismində istifadə etmək olar.

    Kiçik cərəyanın verildiyi zaman həmin nanodotlar göy rəngdə işıqlanırlar. Tədqiqatçılar qeyd ediblər ki, insan saçları yerinə hətta qoyunların tüklərindən də istifadə oluna bilər. Aşağı səviyyəli parlaqlığa baxmayaraq alimlər düşünürlər ki, bu texnologiya yaxşı perspektivlərə sahibdir. Belə ki, bu cür ekranlar daşınıla bilən cihazlarda istifadə oluna bilər.

Associate Professor Prashant Sonar, in collaboration with PhD student Amandeep Singh Pannu and Griffith Uni Professor Qin Li, have developed a method of turning hair into carbon nanodots.