“Xiaomi” şirkəti 16 GB RAM-ı olan telefon istehsal edəcək

“Xiaomi” şirkəti 16 GB RAM-ı olan telefon istehsal edəcək. “Texnolab.az” xarici KİV-lərə istinadən xəbər verir ki, sözügedən telefonun Mi Mix seriyasından olacağı və dizaynının Mi Mix Alpha modelinə çox bənzəyəcəyi iddia edilir. Həmçinin bildirilib ki, telefon 5G texnologiyasına və Snapdagron 865 prosessora sahib olacaq. Bu telefon ilk 16 GB RAM-ı olan telefon olmasa da “Xioami” şirkətinin böyük yaddaşlı telefon istehsal etməsi bazarda rəqabəti artıracaq.