Elon Musk Ay macərasına yenidən davam etmək istəyir

SpaceX Starship roketi üçün hazırlıqlar sürətləndirilib. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, NASA kosmonavtlarını uğurla kosmosa göndərən Elon Musk indi də Ay macərasına qaldığı yerdən davam etmək istəyir. Belə ki, Musk şirkətin bütün işçilərinə e-mail göndərərək layihənin vacibliyini vurğulayıb. O, e-maildə qeyd edib ki, hazırda bizim üçün ən mühüm layihə bu olmalıdır. Ötən il təqdim olunan Starship roketi 100 nəfər sərnişin tutumu olmaqla yanaşı, həmçinin Ay və Marsa karqo göndərə bilər.

Falcon layihəsini uğurla həyata keçirən sahibkar 2022-ci ilə qədər Aya enmək istəyir. İş adamının 2024-cü il üçün hədəfi isə insanların Ayda yaşamasını təmin edən avadanlıqları Aya göndərməkdir.