Harvard universitetinin tədqiqatçıları dünyanın ən kiçik həşərat robotunu hazırlayıblar – FOTO+VİDEO

Harvard universitetinin tədqiqatçıları “Rolls Royce” avtomobillərinin reaktiv mühərrikinin təmiri üçün istehsal etdikləri HAMR mikro robotunun daha kiçik verisyasını hazırlayıblar. “Texnolab.az” xarici KİV-lərə istinadən xəbər verir ki, yeni mikro robot əvvəlki versiyanın yarısı böyüklükdədir. Həmçinin yeni HAMR-JR modeli vizual olaraq həşəratı xatırladır. Mikro robotun uzunluğu 2.25 sm, çəkisi isə 0.3 qramdır. Cihaz mühərrikin daxilində insan qüvvəsinin girə bilməyəcəyi kiçik hissələrin təmiri üçün nəzərdə tutulub. Harvard Ambulatory Microrobot (HAMR) adlandırılan bu cihazın bir çox diqqət çəkən xüsusiyyətləri var ki, bunlardan biri də onun dırmaşma bacarıqlarıdır. Ayaqları yapışqan dizayn olunmuş həşərat robot geriyə hərəkət edə bilmə xüsusiyyətinə malikdir. Həmçinin olduqca sürətli hərəkət etməsi, üzə bilməsi və suda hərəkət edə bilməsi də onu digər mikro robotlardan fərqləndirən xüsusiyyətlərdəndir. Robot bu həftə Beynəlxalq Robot Avtomatlaşdırma Konfransında təqdim olunub.