SpaceX-in göz bəbəyi Falcon 9 roketi yerə enib

Amerika roket istehsalı şirkəti SpaceX-in NASA kosmonavtlarını daşıyan Crew Dragon gəmisi Falcon 9 roketindən ayrılıb. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosmik gəmidən ayrılan roket yerə enib. Şirkətin rəsmi Twitter hesabından yayımlanan məlumatda bildirilib ki, roket iyunun 2-də Atlantik okeanı üzərində üzən platformanın üzərinə enərək Floridanın Canaveral limanına yaxınlaşıb. Həmçinin qeyd edilib ki, roket təkrar istifadəyə yararlı haldadır.

Xatırladaq ki, SpaceX-in Crew Dragon gəmisi ilə həyata keçirdiyi səfər NASA-nın 2011-ci ildə Space Shuttle layihəsini tamamladıqdan sonra ABŞ-da həyata keçirilən ilk insanlı kosmos səfəri olub.