Çin radioteleskop vasitəsilə kosmosdan səs dalğaları almağa hazırlaşır

Dünyanın bir çox bölgələrində radioteleskop stansiyaları olsa da Five-hundred-meter Aperture Spherical Telescope (FAST) bu sahədə dünya nəhəngi olaraq tanınır. “Texnolab.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, kosmosdan səs dalğaları almaq missiyası yerinə yetirən cihaz radio tezliyi dalğalarını dinləməyə çalışacaq. Cihazın bir növ, kosmosda yaşayış olub-olmadığını müəyyən edəcəyi deyilir.

Tikintisi 2011-2016-cı illəri əhatə edən teleskopun əhatə dairəsi 500 metrdir. Qurğu təpəliklərin arasında inşa olunub. Nəhəng teleskopun sentyabr ayında sözügedən missiyanı yerinə yetirəcəyi iddia edilir. Layihənin reallaşacağı təqdirdə cihaz elmi yeniliyə imza atmış olacaq. Bu isə insanlıq tarixində yeni bir səhifə aça bilər.

Leave a comment