Sabrent şirkəti dünyanın ilk 8 TB həcmində olan SSD-sini təqdim etdi

SSD-lər artıq müasir texnologiyaların daha sürətli işləməsi üçün əsas tələblərdən biri halına çevrildi. Hard Disklərdən fərqli olaraq yüksək yazma/oxuma sürətlərinə malik olan yaddaş cihazlarına SSD deyilir. Sabrent şirkəti də SSD istehsal edən və bir xeyli tanınan şirkətlərdən biridi. Sabrent şirkəti dünyada bir ilki reallaşdıraraq 8 TB həcmində olan ilk M.2 dəstəkli SSD-ni təqdim etdi.

“Texnolab.az” “technote.az” saytına istinadən xəbər verir ki, daha əvvəl SSD ekosistemində tanınan OWC şirkəti 4 TB həcmə malik Aura P21 M.2 NVMe SSD-sini təqdim etmişdi. Amerikalı bir şirkət olan Sabrent isə 8 TB həcmində Rocket Q seriyasından olan yeni M.2 SSD-sini təqdim etdi. Bu SSD yeni çip texnologiyası olan 3D QLC NAND əsasında hazırlanıb. Bu SSD-nin yazma/oxuma sürəti Sabrent tərəfindən rəsmi olaraq bildirilməsə də təxminən 3.4 Gb/s oxuma3 Gb/san isə yazma sürətinə malik olacağı gözlənilir. Yəni bu SSD-yə malik olan kompüterdə 1 saniyədə 3 GB həcmində fayl transferi etmək mümkün olacaq. Bu da çox yüksək dəyərlərdir. Bu SSD-nin satış qiyməti isə indilik bilinmir, lakin 4 TB-lik versiyasının 750 dollardan satışa çıxdığını nəzərə alsaq, 8 TB həcmi olan bu versiyanın 1000 dollardan daha çox qiymətə satışa çıxacağı düşünülür. 

Leave a comment