Feysbuka yeni funksiya gəlir – Profili kilidiləmək mümkün olacaq

Sosial media nəhənglərindən olan Feysbuk yeniliklər gətirməyə davam edir. Lakin bəhs edəcəyimiz bu yeniliyin gətirilmə səbəbi çox da yaxşı deyil. Hindistanda qadınlara Feysbuk üzərindən göstərilən zorakılığın ciddi şəkildə artması səbəbilə şirkət bəzi yeniliklər gətirdi. Beləki, artıq Feysbuk profilini kilidləmək mümkün olacaq.

“Texnolab.az” “ted.az” saytına istinadən xəbər verir ki, yeni funksiyaya əsasən istifadəçilər öz Feysbuk hesablarını dostluqdakı istifadəçilərdən başqa hər kəsə qarşı kilidləyə biləcəklər.

Profili kilidləyən istifadəçinin bütün məlumatları və paylaşımları gizlədilir. Sadəcə dostluqdakı istifadəçilər görə bilir. Həmçinin dostluqda olmayan istifadəçilər cover şəklini görə bilməyəcək və profil şəklini isə sadəcə kiçik ölçülərdə görə biləcək, lakin yükləyə bilməyəcək. Feysbuk rəsmilərinin dediklərinə görə bu yeni funksiya ilə birlikdə bir neçə təhlükəsizlik ayarı eyni anda tətbiq olunur. Qeyd edək ki, yeni funksiya indilik sadəcə Hindistanda istifadə verildi. Lakin yaxın aylarda bütün istifadəçilər üçün istifadəyə verilməsi gözlənilir.

Leave a comment