“Ağıllı” sarğı xroniki yaraları müalicə edəcək

ABŞ mühəndisləri xroniki yaraların müalicəsini sürətləndirə bilən, simsiz “ağıllı” sarğı hazırlayıblar. “Ağıllı” sarğı 3D printerdə çap edilmiş miniatür iynələr ilə təchiz olunub.

Diabetik xora, c yararrahi yara, yanıq nəticəsində yaranlı yaralar və həmçinin yataq xoraları da daxil olmaqla xroniki yaraların müalicileri əsasən çox mürəkkəb olur. 1994-cü ildə Lazarus tərəfindən verilən tərifə əsasən sağalmayan və ya müalicəyə cavab verməyən yaralara xroniki yaralar deyilir.

Konnektikut Universiteti, Nebraska-Linkoln Universiteti – Harvard Tibb M alktəbinin alimləri tərəfindən hazırlanan “ağıllı” sarğı pasientlərin bandajı tez-tez dəyişdirmək ehtiyacını aradan qaldırır. Qurğudakı iynələr xəstəni incitmədən və iltihaba səbəb olmadan yaranın daha dərin qatlarına nüfuz edə bilir. 

nanonewsnet.ru  saytının məlumatına görə, miniatür iynələrin köməyilə “ağıllı” sarğı dərmanın dozasını tənzimləyə bilir.

Qurğu əvvəlcə hüceyrələrdə, sonra diabet xəstəliyi olan siçanlarda sınaqdan keçirilib. “Ağıllı” sarğı sayəsində bu siçanlarda yaraların tam sağalması müşahidə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad  zəruridir.

Leave a comment